16:12 - 2.02.2021
2 fevral, Fineko /abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda yaxın zamanda əmanət (yığım)-əmanət bankının yaradılması məsələsini ölkənin İqtisadi Şurasının müzakirəsinə çıxarılacaq.
ABC.AZ xəbər verir ki, məsələ ilə bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmov əklif edilən modeldə yığımla məşğul olan əhaliyə dövlət tərəfindən çox ciddi dəstək verilməsinin nəzərdə tutulduğunu qeyd edib.
“Yığımala məşğul olan əhaliyə modeldə dövlət tərəfindən çox ciddi dəstək verilir, onların yığdığı vəsaitə qarşı müyyən dərəcədə dövlət tərəfindən də vəsait verilir. Burada dövlətin marağı ondan ibarətdir ki, bu mexanizm iqtisadi artıma və məşğulluğa dəstəkdir. İqtisadi artım əlavə vergi, büdcəyə daxilolmalar deməkdir. Biz bu məsələni İqtisadi Şuraya çıxaracağıq. İqtisadi Şuranın dəstəyi olacağı təqdirdə, artıq onun qanunvericilik bazası mürəkkəb deyil, bizim çoxdan işlədiyimiz model var, o modeli də təqdim edəcəyik” deyə E. Rüstəmov qeyd edib.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026