16:04 - 2.02.2021
2 fevral, Fineko/abc.az. Bu il yanvarın 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 187,341 milyon manat olub.
ABC.AZ xəbər verir ki, bu barədə Bankın 2020-ci il açıqladığı maliyyə hesabatında qeyd olunub.
Vurğulanıb ki, sözügedən məbləğ 1 il əvvələ nisbətən 19,1% çoxdur.
Bunun 86,075 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 38,7% böyüyüb.
Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 27,1% artaraq 123,417 milyon manata, o cümlədən depozit portfeli 27,7% artaraq 75,305 milyon manata, balans kapitalı isə 6% artaraq 63,924 milyon manata çatıb.
Müəllif: Elmir Murad
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026