AMB valyuta hərracında banklara $59,9 mln. satdı

12:48 - 2.02.2021


2 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, 02 fevral 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

“Hərracda tələb 59,9 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir”, - deyə məlumatda bildirilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.