16:42 - 27.02.2018
27 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər.
Müəssisələr Mingəçevir Sənaye Parkının ərazisində yerləşir.
İqtisadiyyat naziri Şahin Mustafayev və layihə rəhbəri Mehriban Axundova dövlət başçısına məlumat verdilər ki, layihənin qiyməti, 9 il müddətinə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli şərtlərlə təqdim etdiyi 144 milyon manat təşkil edir.
Sonra Prezident İlham Əliyev iplik istehsal edən müəssisəni “Open End” üsulu ilə işə saldı.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026