Nizamnamə kapitalını 23% azaldan BOKT

16:11 - 25.12.2020


25 dekabr, Fineko/abc.az. "Azərbaycan Mikro-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 600 min manat və yaxud 22,6% azaldaraq 2,654 milyon manatdan 2,604 milyon manata endirdiyini elan edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətinin “Vergilər” qəzetinə bildirilib.

Məlumata görə, kreditorlar 1 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 68 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Azərbaycan Mikro-Kredit" 2014-cü ildə yaradılıb. Onun təsisçisi 100% Tural Məmmədovdur.