Qızıl cüzi bahalaşdı – Birja

10:07 - 23.12.2020


23 dekabr, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,70 ABŞ dolları bahalaşaraq 1 871,00 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,05 dollar azalaraq 25,48 dollara satılıb.