15:09 - 18.12.2020
18 dekabr, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6.5%-dən 6.25%-ə endirilməsi haqqında qərar qəbul edib.
ABC.AZ-ın məlumatına görə, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 6.75% səviyyəsində müəyyən edilib.
Ölkənin əsas Bankının açıqlamasında qeyd olunub ki, oktyabrda Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6.5% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmiş, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 7% səviyyəsində saxlamışdı.
Açıqlamada qeyd edilib ki, pandemiyanın təsiri ilə xarici və daxili tələbin zəifliyi şəraitində faktiki və proqnozlaşdırılan inflyasiya səviyyəsi qəbul edilmiş hədəf diapazonunun mərkəzindən aşağıda qalır ki, bu da pul siyasətinin yumşaldılması üçün potensialın mövcud olduğunu göstərir.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026