14:57 - 18.12.2020
18 dekabr, Fineko/abc.az. Pul siyasəti qərarları ilə yanaşı makroprudensial yumşalmalar və dövlətin güzəştli kreditləşmə proqramları da kredit qoyuluşlarının dinamikasına və orta faizlərə müsbət təsir göstərir.
ABC.AZ xəbər verir ki, bu, Mərkəzi Bankın Faiz dəhlizinin parametrləri haqqında açıqlamasında öz əksini tapıb.
Qeyd edilib ki, pandemiya şəraitində kreditlərə olan tələbin zəifləməsi bankların başlıca resurs mənbəyi olan depozit faizlərinin dinamikasına təsir edir.
"Son aylar depozit faizlərində azalma meyili müşahidə olunur. Əmanətlərin sığortalanması mexanizminin dayanıqlı şərtlərlə yeni çərçivəyə keçidi bank sisteminin resurs bazasının dayanıqlı əsaslarda möhkəmlənməsi və beləliklə, maliyyə sabitliyinin qorunması ilə yanaşı depozit faizlərinin formalaşmasına da müsbət təsir edəcək. Ötən iclasdan bəri valyuta bazarında sabitlik davam edib. Tarazlı valyuta bazarı şəraitində dollarlaşma göstəricilərində azalma müşahidə edilir" deyə Mərkəzi Bankın açıqlamasında qeyd olunub.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026