Bitcoinin qiyməti kəskin bahalaşıb – 22 min dollardan yüksəkdir

10:52 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. Kriptovalyuta aləmində "Bitcoin"in qiyməti bahalaşaraq 20 min dolları geridə qoyub.

ABC.AZ-ın məlumatına görə, hazırda Bitcoinin qiyməti 22 min 158 dollardır.

Qeyd edək ki, Bitcoinin qiyməti bu il 3 dəfə yüksəlib.

Müqayisə üçün bildirək ki, 2020-ci ilin əvvəlində Bitcoin 7 min dollardan ticarət olunurdu.

Müəllif: Elmir Murad