Qızıl bahalaşdı, gümüşün qiyməti isə stabil qaldı – Birja

10:08 - 11.12.2020


11 dekabr, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,50 ABŞ dolları bahalaşaraq 1 840,90 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə dəyişilməmiş qalıb və 24,09 dollara satılıb.