Türk Lirəsindəki bahalaşma davam edə bilər – Gələn həftə yığıncaq keçiriləcək

12:24 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. Gələn həftə Cümə axşamı günü Türkiyə Mərkəzi Bankının yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, mütəxəssislər bankın faizində güclü artım edəcəyini proqnozlaşdırırlar. Mütəxəssislərə görə, faizin güclü artırılması ilə Türk Lirəsindəki bahalaşma trendi davam edə bilər.

Hazırda Türkiyə Mərkəzi Bankının həftəlik repo faizi 10.25% səviyyəsindədir.

Müəllif: Elmir Murad