"Premium Bank” da hesabat verdi – Xalis mənfəəti 31% azalıb

15:37 - 26.10.2020


26 oktyabr, Fineko/abc.az. "Premium Bank” ASC bu ilin 9 ayı üzrə maliyyə hesabatını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, Bank sözügedən dövrü 7,65 milyon manat xalis mənfəətlə başa vurub.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 31% azalma deməkdir.

Yanvar-sentyabr ayı ərzində “Premium Bank”ın gəlirləri 37,428 milyon manat, xərcləri 33,801 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 5,191 milyon manat, mənfəət vergisi ödəmələri isə 1,169 milyon manat təşkil edib.