Mingəçevir şəhərinin su təchizatı sisteminin yenidən qurulmasına 12 milyon manat ayrılıb

11:56 - 8.02.2018


8 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev  Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2018-ci il dövlət büdcəsindən yenidən qurulma işləri üçün “Azərsu” ASC-nə 12 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.