12:11 - 7.02.2018
7 fevral, Fineko/abc.az. Azərbaycan alüminium istehsalı sahəsində ixrac potensialını genişləndirmək niyyətindədir.
“Azərbaycanın Sənaye Korporasiyası”nın Baş Direktoru Kamran Nəbizadə bildirib ki, müasir ekologiya tələblərinə uyğunluq məqsədilə, “Azəralüminium” ASC-nin fəaliyyəti yenidən təşkil olunacaq.
“Bu yenidən təşkilin məqsədi sözügedən sahədə rəqabətədavamlılığın təmin edilməsi, həmçinin ixrac potensialının genişləndirilməsidir”, - K.Nəbizadə belə deyib.