15:25 - 14.09.2020
14 sentyabr, Fineko/abc.az. “Azərsu” ASC Abşeron rayonunun Qobu qəsəbəsinin və ətraf yaşayış massivlərinin, eləcə də Qobu Park Məcburi köçkün şəhərciyinin içməli su təchizatında dayanıqlığın təmin olunması məqsədilə yeni anbarların tikintisini yekunlaşdırır.
Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilir ki, Qobu qəsəbəsində tutumu 10000 kubmetr olan 4 su anbarının inşası layihələndirilib. İlkin mərhələdə hər birinin tutumu 2500 kubmetr olan 2 anbar inşa edilib. Hazırda həmin anbarlarda son tamamlama işləri aparılır. Növbəti mərhələdə ümumi tutumu 5000 kubmetr olan daha 2 anbarın inşası nəzərdə tutulur.
Yeni yaradılan su təchizatı sistemləri Qobu qəsəbəsi və Qobu Park yaşayış kompleksində əhalinin içməli su təminatında dayanıqlığa imkan verəcək.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026