Kartof istehsalını 112,9 sentner artıran rayon - Hesabat

15:04 - 8.09.2020


 8 sentyabr, Fineko/abc.az. Tərtər rayonunda bu günədək 1132,9 ton dən üçün qarğıdalı, 58,1 ton noxud, 111,9 ton dən üçün lobya, 1,5 ton darı, 4809,1 ton dən üçün günəbaxan, 12 min 300,2 ton müxtəlif növ tərəvəz məhsulları, 4250,1 ton kartof, 5139 ton müxtəlif növ meyvə və giləmeyvə, 251,4 ton üzüm istehsal edilib.

Rayon Statistika İdarəsindən ABC.AZ-a verilən məlumata görə, hər hektardan orta məhsuldarlıq qarğıdalı üzrə 50,7 sentner, noxud üzrə 25,3 sentner, dən üçün lobya üzrə 50,9 sentner, darı üzrə 15 sentner, günəbaxan üzrə 26,4 sentner, kartof üzrə 112,9 sentner, tərəvəz məhsulları üzrə 130 sentner olub. İstehsal olunan meyvənin 454 tonu intensiv üsulla becərilən bağlardan toplanılıb.

Müəllif: Elmir Murad