Mərkəzi Bank depozit hərracının nəticəsini açıqlayıb

12:41 - 10.08.2020


10 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

Bu barədə ABC.AZ AMB-nin məlumatına istinadən xəbər verir.

Bildirilir ki, avqustun 10-da Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 621,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26 faiz təşkil edib.