11:17 - 7.07.2020
7 iyul, Fineko/abc.az. “Ata Holdinq” MMC 2019-cu ilin maliyyə hesabatını açıqlayıb.
ABC.AZ holdinqin hesabatına istinadən xəbər verir ki, şirkət ötən ili 32 milyon 710 min manat xalis mənfəətlə başa vurub.
Müqayisə üçün qeyd edək ki, şirkət 2018-ci ili 8 milyon 725 min manat zərərlə bağlamışdı. Hesabatda qeyd olunub ki, 2019-cu ildə holdinqin əsas gəlirləri 22% azalaraq 25 milyon 569 min manat təşkil edib. “Ata Holdinq” 2018-ci ildə 31 milyon 178 min manat gəlir əldə etmişdi.
Müəllif: Elmir Murad
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026