13:46 - 10.01.2018
10 yanvar, Fineko/abc.az. Dünya Bankı dünya iqtisadiyyatının inkişaf perspektivləri haqqında yeni hesabat "Global Economic Prospects: Europe and Central Asia" təqdim edib.
Hesabata əsasən, Avropa və Mərkəzi Asiyada iqtisadi artımın 2017-ci ildə 2,5%, 2018-ci ildə isə 2,7% səviyyəsində sürətlənməsi proqnozlaşdırılır. Buna, xammal ixrac edən ölkələrin iqtisadiyyatının davam edən bərpası, habelə bölgənin iri ölkələrində geosiyasi risklərin və daxili siyasi qeyri-müəyyənliyin azalması şərait yaradacaq.
İki illik resessiyadan sonra 2017-ci ildə Rusiya iqtisadiyyatının artım sürətinin 1,3%, 2018-ci ildə isə 1,4% olacağı ehtimal edilir.
İstehlakın artması nəticəsində iqtisadi artım baş verəcək. Neft qiymətlərinin möhkəmlənməsi və çevik makroiqtisadi siyasətin iqtisadi aktivliyə əlverişli təsiri nəticəsində, Qazaxıstanın iqtisadiyyatının 2017-ci ildə 2,4%, 2018-ci ildə isə 2,6% artacağı proqnozlaşdırılır. Proqnozlara əsasən, Ukraynada iqtisadi artımın sürəti 2017-ci ildə 2%-ə qədər enəcək, 2018-ci ildə 3,5%-ə qədər yüksələcək.
Azərbaycanın iqtisadiyyatı, gözlənilən kimi, resessiya vəziyyətində qalacaq: bank sisteminin çatışmazlıqları təsirindən, həmçinin sərt maliyyə-kredit və büdcə-vergi siyasətin təsiri altında 1,4% eniş proqnozlaşdırılır ki, bu da 2018-ci ildə 0,6% artımla əvəzlənəcək.
Xammal idxal edən ölkələrə gəlincə isə, Türkiyədə çevik büdcə-vergi siyasəti şəraitində 2017-ci ildə iqtisadiyyatın 3,5%, 2018-ci ildə isə 3,9% artımı proqnozlaşdırılır. Bu artım, qeyri-müəyyənliyin azalması, turizmin bərpa olunması və şirkətlərin maliyyə durumunun yaxşılaşması nəticəsində baş verəcək.
Belarusun iqtisadiyyatını, davam edən büdcə-vergi siyasətinin sərtləşdirilməsi ilə bağlı, 2017-ci ildə 0,4% eniş gözləyir, lakin 2018-ci ildə 0,5% səviyyəsində artım ola bilər.