17:14 - 22.04.2020
22 aprel, Fineko/abc.az. Koronavirus pandemiyasının təsirinə məruz qalmış bütün sahibkarlara vergi güzəştləri gözlənilir.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin hazırladığı “Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmi”ndə deyilir.
Vergi güzəştləri və tətillərinin aşağıdakı bəndlərə şamil ediləcəyi gözlənilir;
- Epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergiödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması;
- Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi.
Müəllif: Elmir Murad