Yeni kredit zəmanət proqramı hazırlanır - Bu ay istifadəyə veriləcək

11:05 - 15.04.2020


15 aprel, Fineko/abc.az. Aprelin sonunadək İqtisadiyyat Nazirliyi dövlətin kredit zəmanəti proqramını istifadəyə verəcək.

ABC.AZ xəbər verir ki, bunu przidentim sədrliyi ilə keçirilmiş onlayn müşavirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, dövlətin kredit zəmanəti dəstəyinin verilməsi istiqamətində dövlət sektoru və banklarla iş başa çatmaq üzrədir. "Bizim hədəfimiz bu ayın sonuna qədər proqramı işlək vəziyyətə gətirməkdir" deyə nazir bildirib. M.Cabbarov deyib ki, xüsusilə biz bank sektoru ilə birgə müəyyən olunmuş çərçivədə bu işi həyata keçiririk və məhsuldar iş gedir: "Vergi stimullarını özündə əks etdirən qanunvericilik paketi üzrə iş başa çatdırılıb. Həmkar strukturların vizalarının razılaşdırılması prosesi həyata keçirilir. Həmçinin yeni iqtisadi şəraitdə, tədbirlər planında müəyyən edilmiş iqtisadiyyatın 8 sektorunda müvafiq sektoral planlar üzərində işlərə başlanılıb".

Müəllif: Elmir Murad