“Azərkosmos” Yaponiya şirkəti ilə müqavilə imzaladı - Əməkdaşlıq ediləcək

14:49 - 7.02.2020


7 fevral, Fineko/abc.az. “Azərkosmos” ASC və Yaponiyanın “Infostellar” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

ASC-dən ABC.AZ-a bildirilib ki, müqaviləyə əsasən, “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Universal Yerüstü Stansiya sayəsində “Infostellar” şirkəti öz müştərilərinə yüksək, çox yüksək ayırdetməli və radar peyk təsvirlərinə daha asan çıxış imkanları təqdim edəcək. Avropa və Asiyanın arasında yerləşən “Azərkosmos”un Universal Yerüstü Stansiyası real vaxt müddətində digər aşağıorbitli peyklərin siqnalını qəbul edir və ötürür.

Müqaviləni imzalayan “Infostellar” şirkətinin baş direktoru Naomi Kurahara qeyd edib məsafədən müşahidə peyklərindən əldə olunan təsvirləri dəqiq vaxtında almaq üçün yerüstü stansiya vacibdir: “Azərkosmos”un yerüstü stansiyasının yerləşdiyi unikal məkan “StellarStation” platforması vasitəsilə qlobal peyk operatorların aşağıorbitli peyklərinə keçid imkanı yaradacaq. “Azərkosmos”la birlikdə platformamızın əhatə dairəsini genişləndirmək sevindirici haldır”.

 

Müəllif: Elmir Murad