Azərbaycan qiymətli metalların ixracından 2017-ci ildə 121 milyon manat qazanıb

12:17 - 27.12.2017


27 dekabr, Fineko/abc.az. Azərbaycanın qızıl mədənçisi olan “AzərGold” QSC cari il 150 min unsiya qiymətli metal ixrac edib.

Şirkətin məlumatında bildirilir ki, aprel-dekabr aylarında şirkət, 60,552 unsiya qızıl və 86,806 unsiya gümüş ixrac edib.

“Qiymətli metalların ixracı nəticəsində ölkə iqtisadiyyatına 121 milyon manatdan artıq gəlir gətirilib”, - məlumatda belə deyilir.