15:19 - 4.02.2020
4 fevral, Fineko/abc.az. Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad edilməsi, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyalar və ixracın təşviqi, digər dövlət dəstəyi mexanizmləri regional inkişafın sürətləndirilməsində mühüm rol oynayır. Bu inkişafın daha bir göstəricisi regionlar üzrə vergi daxilolmalarının artmasıdır.
ABC.AZ xəbər verir ki, bunu fevralın 3-də keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, 2019-cu ildə gəlirlərin şəffaflaşdırılması və uçotun dürüstləşdirilməsi istiqamətində həyata keçirilmiş sistemli tədbirlər nəticəsində regionlar üzrə dövlət büdcəsinə 817 milyon manat və ya proqnozdan 163 milyon manat artıq vəsaitin daxil olması təmin edilib. Bu, nəzərdə tutulmuş proqnoz göstəricilərindən 25 % çoxdur: “2005-ci illə müqayisədə regionların qeyri-neft sektoru üzrə ümumi vergi daxilolmalarının xüsusi çəkisi 2 dəfə artaraq 15 %-ə çatıb. Əmək bazarının leqallaşması və yeni iş yerlərinin yaradılması hesabına ötən il məcburi dövlət sosial sığorta haqqı üzrə regionlardan daxilolmalar 28 % artıb, o cümlədən qeyri-dövlət sektorunda artım 50 % olub. İşsizlikdən sığorta haqqı üzrə regionların daxilolmaları 39 %, o cümlədən qeyri-dövlət bölməsində 70 % artıb. Eyni zamanda, ötən il regionlarda fərdi sahibkarların sayında 12 mindən çox artım qeydə alınıb”.
14 Avqust 2026
14 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026