14:18 - 4.02.2020
4 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi fevralın 3-də Prezident İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
ABC.AZ xəbər verir ki, Prezident konfransda çıxışı zamanı ölkə sahibkarlarını işçilərin əmək hüquqlarını pozmamağa - onlarla əmək müqaviləsi bağlamağa, əmək haqlarını şəffaf verməyə və iş saatından artıq işlətməməyə çağırıb.
Dövlət başçısı qeyd edib ki, belə hallara yol verənlər cəzalanacaq: “Qaydalar da çox sadədir. Fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq”.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026