Minə yaxın şəhər sakini işlə təmin ediləcək – Gəncənin icra başçısı

11:40 - 4.02.2020


4 fevral, Fineko/abc.az. Ötən il Gəncə şəhərinə 266 milyon manat investisiya cəlb edilib.

ABC.AZ xəbər verir ki, bunu  fevralın 3-də Prezident İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov deyib.

İcra başçısı qeyd edib ki, iş adamları tərəfindən istehsal müəssisələrinin, o cümlədən qeyri-istehsal sahələrinin yaradılması və yenidən qurulması üçün 92 milyon manat investisiya qoyulub: “Bu gün şəhərdə alçı və tikinti materialları istehsalı zavodlarında ilkin məhsul istehsalına başlanılıb, o cümlədən illik istehsal gücü 30 milyon ədəd müxtəlif ölçülü kərpic olan zavodda tikinti işləri sürətləndirilib. Bu sənaye müəssisələrinin istifadəyə verilməsi ilə 1000-ə yaxın şəhər sakini işlə təmin ediləcək”.

Müəllif: Elmir Murad