15:29 - 30.01.2020
30 yanvar, Fineko/abc.az. Rusiya şirkəti istehsal etdiyi nasoslarını Azərbaycanda sınaqdan keçirmək niyyətindədir.
ABC.AZ xəbər verir ki, bununla bağlı “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə Rusiyanın “Metalinvest – K” şirkətinin direktoru Aleksandr Matveyevlə işgüzar görüş keçirilib.
Görüş zamanı “Metalinvest – K” şirkətinin nümayəndələri ölkəmizin istehsalat sahələrində, əsasən də neft sektorunda bu qurğuların sınaq təcrübələrini həyata keçirmək niyyətində olduqlarını bildiriblər. Həmin qurğuların Azərbaycanda istehsalının təşkili və birgə müəssiələrin qurulması da müzakirə olunub.
Müəllif: Elmir Murad
14 Avqust 2026
14 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026