Mərkəzi Bankın inflyasiya hədəfi dəyişməyib - Açıqlama

16:46 - 10.01.2020


10 yanvar, Fineko/abc.az. Çalışacağıq ki, inflyasiyanı 4 faiz səviyyəsində saxlaya və möhkəmləndirə bilək.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov sahibkarlar və bank rəhbərləri ilə keçirilən görüşdə deyib.

 Onun sözlərinə görə, makroiqtisadi sabitliyi qorumaq Mərkəzi Bankın başlıca vəzifələrindən biridir. Aşağı inflyasiya, hökumətin inflyasiya proqnozu, Mərkəzi Bankın inflyasiya hədəfi dəyişməyərək 4±2 faiz ətrafındadır. “Bu, real gəlirlərin artmasına imkan verəcək. İqtisadi dinamikaya, biznes, investisiya mühitinə inflyasiya səviyyəsi olduqca mühüm dəstək verir” deyə E.Rüstəmov bildirib.

Müəllif: Elmir Murad