10:19 - 30.12.2019
30 dekabr, Fineko/abc.az. 2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsində ediləcək dəyişikliyə əsasən, quş ətinin satışı 4 il müddətinə ƏDV-dən azad olunacaq.
ABC.AZ Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, quş ətinin satışı ilə yanaşı, heyvan ətinin satışı da 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad ediləcək.
Kəsilmiş və dondurulmuş heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinin təqdim edilməsinə ƏDV-dən azadolma şamil olunmur.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026