İnflyasiya 5 faizi keçməyəcək - Gələn ilin proqnozu açıqlandı

14:11 - 26.12.2019


26 dekabr, Fineko/abc.az. Gələn il Azərbaycanda 4,8 faizlik inflyasiya proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlı bildirib ki, inflyasiya idarəedilən olmalıdır: "Çox yaxşı haldır ki, Azərbaycan Mərkəzi Bankı buna nəzarət edir. Beynəlxalq təşkilatlar da bildirir ki, Azərbaycanda hazırda mövcud olan 2,6 faizlik inflyasiya göstəricisi optimaldır. İnflyasiya göstəricisində volatiliyin olması təhlükəlidir. Həm inflyasiya göstəricisinin kəskin artması, yaxud kəskin azalması eyni dərəcədə təhlükəlidir".

Müəllif: Elmir Murad