15:13 - 18.12.2019
18 dekabr, Fineko/abc.az. On bir ayda 73 milyard manata yaxın ümumi daxili məhsul istehsal olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 72.852,2 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hesabata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çoxdur. 11 aylıq ÜDM-in 44.946,9 milyon manatlıq hissəsi qeyri-neft sektorunda formalaşıb. Bu, illik müqayisədə 3,5 faiz çoxdur. Son 1 ildə adambaşına düşən ÜDM-in dəyəri isə 1,2 faiz artaraq 7.357,8 manata çatıb.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026