16:02 - 27.09.2019
27 sentyabr, Fineko/abc.az. Cari ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 23 ölkəsinə 28 milyon dollar dəyərində xidmət ixrac edilib.
ABC.AZ xəbər veiri ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin sentyabr sayında təqdim olunub.
Qeyd olunur ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 %-ni təşkil edib. 2019-cu ilin avqust ayında isə “Azərkosmos” ASC dünyanın 18 ölkəsinə 2,5 milyon dollar dəyərində xidmət ixrac edilib.
“Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-avqust aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya, BƏƏ-dir.
3 Avqust 2026
4 Avqust 2026