12:32 - 2.04.2019
2 aprel, Fineko/abc.az. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkarlıq subyektinin layihəsinə 2,3 milyard manatlıq dövlətin güzəştli krediti verilib.
Nazir müavini qeyd edib ki, bu kreditlərin əsas hissəsi geri qaytarılan vəsaitlər hesabına təmin olunub.