17:12 - 22.11.2017
22 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsi kəsirlə icra edilib.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, dövlət büdcəsinin gəlirləri yanvar-oktyabr aylarında 13557,2 milyon manat, büdcə xərcləri isə 14150,2 milyon manat təşkil etmişdir.
Komitənin məlumatında bildirilir: “Büdcənin icrasında yaranmış 593,0 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1% səviyyəsində olmuşdur”.
30 İyul 2026
29 İyul 2026