14:30 - 30.01.2019
30 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyev yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı qeyd edib ki, biz son vaxtlar ənənəvi xalçaçılıq sənətinin inkişafı ilə bağlı çox ciddi iş aparırıq. Artıq 20 xalça fabriki fəaliyyətdədir. Hər fabrikdə orta hesabla 100, yaxud 150 iş yeri yaradılır, xüsusilə qadınlar üçün. Bütövlükdə isə bizdə 31 xalça fabrikinin tikilməsi nəzərdə tutulur və burada təqribən 5 minə yaxın iş yeri açılacaq. Bu il Sumqayıt şəhərində əyirici boyaq fabrikinin açılışı gözlənilir. Beləliklə, biz artıq xalça istehsalında xarici xammaldan asılılığı aradan götürəcəyik.
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026