Vizasız rejim bəhrəsini verir: Azərbaycanlıların Çinə səfərləri rekord həddə çatdı

16:05 - 23.09.2026


23 sentyabr, Fineko/abc.az. Azərbaycanlıların Çinə turizm səfərlərində kəskin artım qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycan vətəndaşları Çinə 12 233 turizm səfəri ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə, son üç il ərzində isə altı dəfədən çox artım deməkdir.

Səfərlərin sayının piк həddə çatması ilə yanaşı xərclər də kəskin yüksəlib; belə ki, ilin ilk yarısında azərbaycanlı turistlər bu ölkədə 21,1 milyon manat vəsait xərcləyiblər.

Turist axınının bu dərəcədə güclənməsində 16 iyul 2025-ci il tarixindən etibarən iki ölkə arasında qüvvəyə minən və 30 günədək vizasız qalmağa imkan verən qarşılıqlı viza rejiminin sadələşdirilməsi həlledici rol oynayıb.