"Moody’s" region üzrə 2026-2027-ci illərin inflyasiya proqnozunu açıqladı

16:03 - 14.09.2026


14 sentyabr, Fineko/abc.az. "Moody’s" analitikləri Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda median inflyasiyanın 2026-2027-ci illərdə təqribən 5% səviyyəsində qalacağını proqnozlaşdırır.

Enerji resursları və daşınma xərclərinin artması inflyasiya təzyiqini gücləndirsə də, tarif islahatları, subsidiyaların optimallaşdırılması və əməkhaqqı artımları dezinflyasiya prosesinə təsir edən əsas amillərdir.