14:40 - 8.09.2026
8 sentyabr, Fineko/abc.az. İlin ilk yarısında AÇG bloku üzrə 12 yeni quyu qazılaraq tamamlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 quyu çoxdur.
Qazılan quyulardan 7-si neft hasilat, 3-ü su, 2-si isə qaz injektoru quyusudur.
Ən diqqətçəkən məqam isə Qərbi Azəri platformasından qazılan C44 neft quyusunun Xəzər dənizində ilk multilüləli quyu olması və planlaşdırılandan bir ay əvvəl tamamlanmasıdır.
Paralel olaraq, Mərkəzi Azəri platformasında qaz kompressorlarının modernləşdirilməsini nəzərdə tutan CAGE layihəsi hasilatda heç bir fasilə yaradılmadan uğurla davam etdirilib və sentyabrda yekunlaşması gözlənilir.
Dərinsulu Günəşli sahəsində 5 sualtı quyuda işlər bitib, həmçinin 2025-ci ilə aid 4D seysmik məlumatların emalı tamamlanıb.
İyunun sonuna olan məlumata görə, blokda ümumilikdə 150 neft hasilat, 51 su və 11 qaz injektoru quyusu aktiv istismardadır.
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026