Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

09:39 - 8.09.2026


8 Sentyabr, Fineko/abc.az. Dünya birja hərraclarında "Azeri Light" (CIF) markalı Azərbaycan xam neftinin bir barelinin qiyməti 3,11 dollar və ya 2,98% artaraq 107,31 ABŞ dollarına yüksəlib.

Dünya energetika bazarında geosiyasi gərginliyin artması və Yaxın Şərqdə tədarük zəncirlərinə yaranan risklər etalon xam neft növləri ilə yanaşı "Azeri Light" markasının da bahalaşmasını stimullaşdırıb.