09:34 - 8.09.2026
8 Sentyabr, Fineko/abc.az. ABŞ-ın rafinə olunmuş mis idxalına yeni gömrük rüsumları tətbiq edəcəyi gözləntiləri fonunda London Metal Birjasında (LME) misin tonunun qiyməti 14 533 dollara yüksələrək bütün zamanların ən yüksək göstəricisini qeydə alıb. Bu sıçrayışla metallar bazarı yanvar ayında müəyyən edilmiş əvvəlki rekord həddi geridə qoyub.
ABŞ Ticarət Nazirliyinin rüsum tövsiyələri fonunda ticarətçilərin böyük həcmdə xammalı ABŞ anbarlarına yönəltməsi qlobal bazarlarda təklif qıtlığı yaradıb. Nəticədə LME anbarlarındakı mövcud ehtiyatlar kritik səviyyəyə düşüb. Son bir ildə uzunmüddətli təklif-tələb disbalansı səbəbindən 17% bahalaşan mis, hətta zəif fiziki tələbat şəraitində belə tarixi pik nöqtəsinə çatıb.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026