19:00 - 4.09.2026
4 Sentyabr, Fineko/abc.az. Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 194 ünvanında yerləşən yeni stansiyasının adı rəsmən müəyyənləşib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı Nazirlər Kabinetinin yeni qərarına əsasən, metronun yeni stansiyası "20 Sentyabr" adlandırılıb.
Qərarda qeyd olunub ki, bu addım Prezident İlham Əliyevin təşəbbüsü ilə 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması tarixinin əbədiləşdirilməsi məqsədilə atılıb.
Bakı Şəhər İcra Hakimiyyəti və "Bakı Metropoliteni" QSC-yə qərardan irəli gələn müvafiq təşkilati və texniki məsələlərin icrası həvalə edilib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026