06:06 - 1.09.2026
1 Sentyabr, Fineko/abc.az. Yaponiyanın aparıcı avtomobil istehsalçıları "Honda" və "Nissan" nəqliyyat vasitələrində istifadə olunacaq mərkəzi proqram təminatı və əməliyyat sisteminin birgə işlənilməsi məqsədilə strateji əməkdaşlıq müqaviləsi imzalayıblar.
Şirkətlərin birgə bəyanatında bildirilir ki, 2029-cu maliyyə ilinin aprel ayından etibarən istehsal olunacaq yeni nəsil avtomobillərdə tətbiqi planlaşdırılan texnologiya çərçivəsində əməliyyat sistemləri və elektron idarəetmə blokları (ECU) standartlaşdırılacaq.
İşbirliyinin əsas məqsədi tədqiqat və inkişaf (R&D) xərclərini bölüşmək, geniş veri havuzuna çıxış əldə etmək və böyük həcmli qənaət sayəsində istehsal maya dəyərini aşağı salmaqdır.
Qeyd edək ki, "Honda" və "Nissan" 2025-ci ildə birləşmə imkanlarını müzakirə etsələr də, "Nissan"ın "Honda"nın törəmə şirkətinə çevrilmək şərtini qəbul etməməsi səbəbindən həmin danışıqlar nəticəsiz başa çatmışdı.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026