10:08 - 31.08.2026
31 avqust, Fineko/abc.az. Bakı əhalisinin təbii qaz istehlakı 2025-ci ildə nəzərəçarpacaq dərəcədə azalıb.
ABC.AZ-ın məlumatına görə, paytaxtda əhali ötən il 1 milyard 435,3 milyon kubmetr təbii qaz istehlak edib. 2024-cü ildə bu göstərici 1 milyard 490,8 milyon kubmetr idi.
Beləliklə, Bakı əhalisinin qaz istehlakı bir il ərzində 55,5 milyon kubmetr və ya təxminən 3,7% azalıb.
Ölkə üzrə əhalinin ümumi qaz istehlakı isə 4 milyard 6 milyon kubmetr olub. 2024-cü ildə əhali 4 milyard 40,3 milyon kubmetr qaz istifadə etmişdi.
Beləliklə, ölkə üzrə azalma 34,3 milyon kubmetr və ya 0,8% təşkil edib.
2025-ci ildə Abşeron-Xızı iqtisadi rayonunda əhali 453,4 milyon kubmetr, Gəncə-Daşkəsəndə 251,4 milyon kubmetr, Lənkəran-Astarada isə 244 milyon kubmetr təbii qaz istehlak edib.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026