22:15 - 30.08.2026
30 avqust, Fineko/abc.az. Avropanın mərkəzi bank rəhbərləri ABŞ-ın Vayominq ştatının Cekson-Houl şəhərində keçirilən illik iqtisadi simpoziumu böyük narahatlıq və tərəddüdlərlə başa vurublar. Danışıqların gedişatı ilə tanış olan mənbələrin verdiyi məlumata görə, avropalı maliyyəçilər Vaşinqtonla çoxillik qlobal əməkdaşlıq normalarının və sıx tərəfdaşlığın sarsılmasından, həmçinin qarşıda daha böyük gərginliklərin olacağından ehtiyat edirlər.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəsmiləri həftə ərzində avropalı həmkarlarının narahatlığını azaltmağa çalışaraq, Vaşinqtonun bütün beynəlxalq öhdəliklərinə sadiq qalacağına söz veriblər. Buna baxmayaraq, Avropa tərəfi gələcək monetar siyasət dəyişikliklərinə qarşı heç bir zəmanətin olmadığını bildirir.
Qeyd olunur ki, gərginliyin əsas səbəblərindən biri Yaponiya yeninə dəstək məqsədilə həyata keçirilən valyuta müdaxilələrinin icra forması və ABŞ-ın maliyyə mexanizmlərinə (backstop) müdaxilə etmək ehtimallarıdır. Avropalı mərkəzi bankirlər Vaşinqtonun birtərəfli addımlarının qlobal maliyyə sabitliyinə zərər vuracağından narahatdılar.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026