16:30 - 18.06.2026
18 iyun, Fineko/abc.az. "Rabitəbank" ASC, bank sistemində ödəniş kartı təhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq PCI DSS v4.0.1 standartı üzrə uyğunluq boşluqlarının müstəqil qiymətləndirilməsi xidmətinin satınalınması üzrə tender elan edir.
ABC.AZ xəbər verir ki, satınalmanın əsas məqsədi ixtisaslı PCI DSS QSA təchizatçısını və PCI SSC tərəfindən təsdiqlənmiş ASV təminatçısını seçməkdir.
Tenderin əsas şərtləri və tələbləri:
Son müraciət tarixi: 29 iyun 2026-cı il, saat 18:00.
Qalibin müəyyənləşdirilməsi meyarları: İştirakçı şirkətin bu sahədə ən azı 2 il təcrübəsinin (referansların) olması, işin icra müddətinin qeyd edilməsi və texniki tələblərə cavab verən ən aşağı qiymət təklifinin təqdim olunması.
Sənədlərin təqdim edilməsi: Tender təklifləri Azərbaycan dilində, imzalanmış və möhürlənmiş halda qapalı zərfdə Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanına göndərilməlidir. İştirakçılar şirkətin portfelini, hüquqi və maliyyə sənədlərini, həmçinin vergi borcunun olmaması barədə arayışı təqdim etməlidirlər.
Əlaqələndirici şəxs: Maraqlı şirkətlər [email protected] elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.
18 İyun 2026
18 İyun 2026
16 İyun 2026