Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu açıqlayıb

10:21 - 12.06.2026


12 iyun, Fineko/abc.az. Dünya Bankı 2026 və 2027-ci illər üçün Azərbaycan üzrə iqtisadi artım proqnozlarını yaxşılaşdırıb.

ABC.AZ xəbər verir ki, bu barədə Bankın qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.

Dünya Bankının yenilənmiş proqnozuna görə, Azərbaycanın real ÜDM-i 2026-cı ildə 2 faiz, 2027 və 2028-ci illərdə isə 1,8 faiz artacaq.

Başqa sözlə, Bank yanvar proqnozu ilə müqayisədə 2026-cı il üçün proqnozunu 0,2 faiz bəndi, 2027-ci il üçün isə 0,1 faiz bəndi artırıb.

Dünya ümumilikdə Cənubi Qafqaz ölkələri üzrə isə iqtisadi artım proqnozunu 2026-2027-ci illər üzrə 3,4%, 2028-ci ildə isə 3,2% proqnozlaşdırıb. Əvvəlki proqnoza nisbətən Bank 2026-cı il üzrə proqnozunu 0,1% bəndi, 2027-ci il üzrə 0,3% bəndi yaxşılaşdırıb.