10:02 - 21.05.2026
21 may, Fineko/abc.az. 2026-cı ilin ilk 4 ayında Azərbaycanda mis istehsalı kəskin artarkən, gümüş və qızıl hasilatı düşüb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, mis konsentratının istehsalı 9 013 ton təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 dəfə artıb.
Gümüş istehsalı 1 305 kq olub və illik müqayisədə 4.9% azalıb.
Qızıl istehsalı isə 826 kq təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 80,5% artıb. 1 may 2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında mis konsentratı üzrə hazır məhsul ehtiyatı 5 351,2 ton, gümüş üzrə 491,3 kq, qızıl üzrə isə 84,1 kq olub.
“Anglo Asian Mining plc” Azərbaycanda 2026-cı ildə mis hasilatının təxminən 3 dəfə artacağını proqnozlaşdırır. Şirkətin açıqlamasına görə, 2026-cı ildə bu göstəricinin 20 000–25 000 tona çatacağı gözlənilir. Artım əsasən Gilar və Dəmirli mədənlərinin istehsala tam qoşulması hesabına olacaq.
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026