11:28 - 6.05.2026
6 may, Fineko/abc.az. Western Union Solana blokçeyni əsasında USDPT adlı öz steyblkoininin istifadəyə verildiyini elan edib. Bu, tərəfdaşlar və kontragentlər arasında hesablaşmalar üçün nəzərdə tutulub və dəstəklənən birjalar vasitəsilə adi istifadəçilər üçün də əlçatan olacaq.
ABC.AZ xəbər verir ki, USDPT tam şəkildə ABŞ dolları ilə təmin olunub və ABŞ tənzimləyici lisenziyasına malik rəqəmsal bank Anchorage tərəfindən emissiya edilir. Şirkətin bildirdiyinə görə, yüksək məhsuldarlıqlı Solana blokçeyni sayəsində bank köçürmələrindəki gecikmələri aradan qaldırmaq mümkün olacaq. USDPT ilə edilən köçürmələr minimal komissiya ilə həyata keçiriləcək.
Yeni steyblkoinin əsas üstünlüyü bank və kripto sahələrini birləşdirmək imkanıdır: istifadəçi kriptokisəsindən pul göndərə biləcək, alıcı isə vəsaiti Western Union-un ən yaxın filialından nağd şəkildə götürə biləcək. Şirkət 2026-cı ilin sonunadək bu xidməti 40 ölkədə işə salmağı planlaşdırır.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026