Bankomatların sayı 6.3%, POS-terminalların sayı isə 46% artıb

10:35 - 29.04.2026


29 aprel, Fineko/abc.az. Mart ayında ödənişlər sektorunda kart infrastrukturunun genişlənməsi davam edib.

ABC.AZ-ın məlumatına görə, banklar və “Azərpoçt” üzrə dövriyyədə olan ödəniş kartlarının sayı bir ay ərzində 62 min artaraq 22 milyon 409 min ədədə çatıb. Göstərici illik müqayisədə 10% yüksəlib.

Debet kartlarının sayı 12% artdığı halda, kredit kartları 9% azalıb.

Kartların artımı nağdsız ödənişlərə də müsbət təsir göstərib.

Mart ayında ölkədaxili nağdsız əməliyyatların həcmi illik müqayisədə 46% artaraq 9.56 milyard manat olub.

Bunun 8.29 milyard manatı elektron ticarətin, 1.27 milyard manatı POS-terminalların, 2 milyard manatı isə özünəxidmət terminalları və ATM-lərin payına düşüb.

İlin əvvəlindən nağdsız əməliyyatların xüsusi çəkisi ölkədaxili kart əməliyyatlarının 69.7%-nə çatıb.

Kart və ödəniş infrastrukturu da genişlənib.

Ötən ilin mart ayı ilə müqayisədə bankomatların sayı 6.3%, POS-terminalların sayı isə 46% artıb.

Müəllif: Elmir Muradov