Azərbaycanın tranzit qovşağı kimi əhəmiyyəti artıb - “Fitch Ratings”

11:53 - 28.04.2026


28 aprel, Fineko/abc.az. “Fitch Ratings”in qiymətləndirmələrinə görə, qeyri-neft sektorunun iqtisadiyyatda payı dəyişkən olaraq qalır və böyük ölçüdə neft qiymətlərindən asılıdır.

ABC.AZ xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, bu pay 2015-ci ildəki 63,5%-lik maksimum səviyyədən 2022-ci ildə neft qiymətlərinin son 14 ilin ən yüksək səviyyəsinə çatması fonunda 9 faiz bəndi azalıb.

Agentlik xidmət sektorunun, xüsusilə informasiya-kommunikasiya texnologiyaları və turizm sahələrinin töhfəsinin artdığını qeyd edir. Hər iki sektor 2025-ci ildə iqtisadi artıma 0,2 faiz bəndi əlavə edib.

Analitiklər vurğulayır ki, Azərbaycanın strateji coğrafi mövqeyi, o cümlədən Xəzər dənizində yerləşən iri limanı ölkənin Orta Dəhliz çərçivəsində tranzit qovşağı kimi əhəmiyyətini artırıb. Ukraynada müharibə başlayandan sonra quru yükdaşımalarının həcmi iki dəfədən çox artaraq 2022–2024-cü illərdə xidmət ixracının orta hesabla 27%-nə çatıb, ÜDM-də payı isə 2,3%-ə yüksəlib.